G7 üzvü olan 6 ölkə "ABŞ-ın gömrük tariflərinə" qarşı birləşdi
ABŞ Prezidenti Donald Trampın, idxal polad və alüminiuma əlavə gömrük vergisi tətbiq etməsinə G7 üzvü ölkələr də reaksiya göstərib.
"Marja" xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatına malik inkişaf etmiş 7 ölkəsindən ibarət olan G7 Qrupunun Kanadanın British Columbia əyalətinə bağlı Whistler şəhərində 3 gün davam edən Maliyyə Nazirləri Toplantısı başa çatıb.
İclasa sədrlik edən Kanadanın maliyyə naziri Bill Morneau verdiyi açıqlamada, qrupun ABŞ xaric 6 üzvü ilə Avropa Birliyi nümayəndəsinin, Trampın ABŞ ticarət əməliyyatları qərarlarından "narahat və məyus" olduğunu açıqlayıb.
Nazir Morneau, iclasın birgə bəyanatında qrupun altı üzvü və Avropa Birliyinin ABŞ-ın yeni gömrük tariflərinə qarşı birləşdiyini bildirib.
Vaşinqtona müraciət edərək, tariflərin həyata keçirilməsini dayandırmağı istəyən Bill Morneau, ABŞ-ın xəzinə naziri Steven Mnuchin-dən də 8-9 İyun tarixləri arasında Kanadada keçiriləcək G7 Liderlər Zirvəsindən əvvəl mesajlarını Prezident Trumpa çatdırmağı istəyib.
SƏDRLİK KANADAYA KEÇİB
Avropa Birliyinin də təmsil olunduğu G7-nin sədrliyi, 1 Yanvar 2018-ci ildən etibarən bir illiyinə İtaliyadan Kanadaya keçib. G7 sədri olaraq Kanada, 8-9 İyunda Quebec əyalətinin Charlevoix qəsəbəsində 44-cü G7 Liderlər Zirvəsinə də ev sahibliyi edəcək. Charlevoix qəsəbəsindəki G7 Liderlər Zirvəsi, Kanadanın ev sahibliyi etdiyi altıncı görüş olacaq.
1998-dən 2014-ə qədər 8 ölkənin üzv olduğu və G8 kimi tanınan qrup, 2014-də Rusiyanın Krımı ilhaq etməsi səbəbindən qrupdan çıxarılmasının ardından G7 adlandırılmağa başlanmışdı. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Amerika Birləşmiş Ştatlarından ibarət olan G7, dünyanın ən böyük iqtisadiyyatına malik 7 ölkənin qrupu kimi tanınır.
SAMMİT TİCARƏT MÜHARİBƏSİNƏ SƏHNƏ OLA BİLƏR
ABŞ Prezidenti Donald Trampın prezident olaraq Kanadaya ilk səfərini G7 Liderlər Sammitində iştirak etmək üçün reallaşdıracaqdır. Sammitin ABŞ-ın polad və alüminiuma ağır gömrük vergiləri səbəbindən sanki bir ticarət müharibəsinə səhnə olacağı irəli sürülür. Qrupun altı üzvü ilə Avropa Birliyinin, ABŞ-ın yeni tariflərinə qarşı birləşməsinin, zirvədən çıxacaq qərarlara necə əks olunacağı isə maraq mövzusudur.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, Kanada, Meksika və Avropa Birliyinə olan istisnaların uzadılmamasına qərar verib. 1 İyun 2018-ci il tarixindən etibarən ABŞ bu ölkələrdən idxal edilən poladdan 25 faiz, aluminyumdan isə 10 faiz əlavə gömrük vergisi alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)




