Amazon-un gəliri və mənfəəti artıb
ABŞ-ın e-ticarət nəhəngi Amazon, 2016-cı ilin dördüncü rübündə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.
"Marja" xəbər verir ki, Amazon-dan edilən açıqlamada, ötən ilin dördüncü rübündəki gəlirin bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artımla 43,7 milyard dollar olduğu qeyd olunub. Şirkət, 2015-in oktyabr-dekabr dövründə 35,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin ötən ilin dördüncü rübündəki xalis mənfəəti də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55,4 faiz artımla 749 milyon dollara yüksəldiyi bildirilib. Amazon, 2015-in son rübündə 482 milyon dollar xalis mənfəət açıqlamışdı.
Açıqlamada, bu ilin ilk rübündə gəlirin 33,25 ilə 35,75 milyard dollar və xalis mənfəətin də 250 ilə 900 milyon dollar olmasının nəzərdə tutulduğu qeyd edilib.
Amazon-un 2016-cı ilin dördüncü rüb xalis mənfəət və gəlirindəki artıma baxmayaraq, sözügedən məlumatların bazar gözləntilərini (proqnozları) ödəməməsi səbəbindən şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda 4,5 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)





