Avropa səfiri: “Azərbaycanda dincəlmək çox baha başa gəlir...”
Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas CBC telekanalına müsahibəsində bizim ölkədə turizm industriyasında vəziyyəti şərh edib, bu sahədə inkişafı ləngidən əsas problemlərə toxunub.
"Bakıya gələn avropalı turistlər 2,3% təşkil edir. Bu, çox kiçik rəqəmdir. Avropalıları cəlb etmək üçün ilk növbədə bu sahədə tarif siyasətini dəyişmək lazımdır. Aİ-dən Bakıya ucuz reys yoxdur. Avropalı ailələr üçün aşağı büdcəli turlar yoxdur. Bu ailələrin mühüm hissəsini təqaüdçülər təşkil edir. Birhəftəlik istirahət üçün 2-2,5 min avro xərcləmək onlara uyğun deyil. Ardıcıl olaraq, turizm biznesinə ikiulduzlu və üçulduzlu otellərin inşası üçün çoxlu investor cəlb etmək lazımdır.
Çünki turist Bakıya şəhərin görməli yerləri, milli mətbəxi ilə tanış olmağa gəlir, otel otağında oturub telekanalları izləməyə gəlmir. Azərbaycanda indiki servis orta statistik avropalı üçün çox baha başa gəlir", - K.Yankauskas qeyd edib.
Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov bu fikri genişləndirib. Onun sözlərinə görə, turist üçün istirahət marşrutu seçərkən əsas amillərdən biri xidmətə görə qiymətdir.
Bu planda Azərbaycan hələlik Türkiyə və Gürcüstandan geri qalır. Ona görə də Avropa və MDB-dən olan ailələrin çoxu üçün Bakıya turizm səfəri bahalıdır.
"Bu günlərdə gözümə maraqlı məlumat dəydi. Aviabiletlərin axtarışı və bronlaşdırılması üzrə Skyscanner adlı beynəlxalq servis araşdırma aparıb. Məlum olub ki, Bakıda iki nəfər üçün ikihəftəlik istirahət rusiyalılara 1602 dollara başa gəlir. Bir nəfərə bir sutka təxminən 100 manata başa gəlir ki, bu da Tbilisidə olduğundan iki dəfə bahadır. Ölkə regionlarında da istirahət ucuz deyil. Azərbaycanı büdcəyönlü turizmə aid etmək olmaz", - B.Bilalov qeyd edib.
Ancaq nəzərə almaq lazımdır ki, dünya turizm bazarında rəqabət sərtləşir. Bu rəqabətə davam gətirmək üçün rəqiblərin təcrübəsini öyrənmək, sərfəli qiymətə yeni xidmətlər təklif etmək, müdrik, differensiallaşdırılmış qiymət siyasəti tətbiq etmək lazımdır. Bədbəxtlik bundadır ki, əvvəla, bizim ölkədə turizm mövsümi xarakter daşıyır, ikincisi, bu sahədə inhisar var. Bu amillər vəziyyətə mənfi təsir göstərir, sahibkarlar qiymət azalmasına getmirlər, ancaq mənfəət barədə düşünürlər. Turizmin inkişafı strategiyası dəyişməz qalır, real rəqabət mühitinin, kiçik və orta sahibkarlığın yaradılması böhran vəziyyətindədir. Əgər həm keyfiyyətli xidmət, yeni istirahət növləri, həm də qiymətlərlə bağlı müsbət dəyişiklik olmasa, əcnəbilər, eyni zamanda bizim vətəndaşlar digər kurortlarda və dəniz sahillərində istirahət üçün alternativ variantlar axtaracaqlar.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





