Ərdoğan sözünü dəyişdi -"Qlobal idarəetmə prinsiplərinə sadiq qalmağı davam etdirəcəyik"
"Qısa müddətdə məzənnədəki dalğalanmanın qarşısını alacaq imkanlara malikik. İqtisadiyyat ilə bağlı fərqli fikirlərin müzakirə edilməsi fərqli bir şeydir, sərbəst bazar qaydaları və qurumların (Mərkəzi Bank nəzərdə tutulur-Marja) fəaliyyəti fərqli bir şeydir".
"Marja" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə azad bazar iqtisadiyyatın bütün qaydalarını və qurumlarını tətbiq edən bir ölkədir. Bu gün olduğu kimi yeni idarəetmə sistemində də pul siyasətlərində qlobal idarə etmə prinsiplərinə sadiq qalmağı davam etdirəcəyik, amma qlobal idarəetmə formalarının da ölkəmizi bitirməsinə imkan verməyəcəyik. Xüsusilə maliyyə intizamı davam edəcək və maliyyə sabitliyi təmin ediləcəkdir".
Prezident Rəcəb Tayyib Ərdoğan, Bloomberg TV-yə verdiyi müsahibədə, Prezident seçkilərini qazanması halında pul siyasətlərində daha təsirli rol oynayacağını qeyd edərək, "Türkiyənin maraqlarını qorumaq üçün addımlar atacağıq, ölkəmizin maraqları nəyi tələb edirsə onu edəcəyik",- demişdi. Bu açıqlama Mərkəzi Bankın müstəqilliyini itirəcəyi barədə fərziyyələrə səbəb olmuş, investorlar, sərmayəçilərdə narahatçılıq artmış və Lirə sürətlə ucuzlaşmışdı. Dünən Türkiyə Mərkəzi Bankı faizi 300 bənd artıraraq 13,5%-dən 16,5%-ə qaldırmış və Dollar/TL məzənnəsi 4.92 səviyyəsindən 4.54 səviyyəsinədək geriləmişdi.
Faiz qərarından sonra Türkiyənin Baş naziri Binali Yıldırım, Mərkəzi Bankın üzərinə düşən vəzifəni yerinə yetirdiyini bildirərək, "Hökumət iş başındadır, məsələlərinə hakimdir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









