Bloomberg: Türkiyə Seneqaldan yüksək faiz ödəyir - SƏBƏBİ
"Bloomberg" xəbər agentliyi, beynəlxalq bazarlarda Türkiyə istiqrazlarında satışların davam etdiyini və faizlərinin artdığını yazıb.
"Marja"nın məlumatına görə, xəbərdə, Türkiyə istiqrazlarının faizlərinin Afrika ölkəsi Seneqalın istiqrazlarının faizini keçdiyi qeyd edilib:
"Türkiyə istiqrazlarına Seneqaldan daha yüksək faiz ödəyir. Üstəlik, kredit reytinqi daha yüksək olmasına və iqtisadiyyatı da Seneqaldan 60 dəfə böyük olmasına baxmayaraq.... Bəs niyə? Analitiklərə görə, bunun əsas səbəbi Ərdoğanın iqtisadiyyata yanaşmasıdır".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Xəbərdə, Ərdoğanın keçən həftə "Bloomberg"ə verdiyi müsahibədə inflyasiyanın yüksək olmasının səbəbini faizlərin yüksək olmasına bağlamasının ardından Türkiyə istiqrazlarında satışların da sürətləndiyi qeyd olunub.
Ərdoğan eyni müsahibədə, 24 İyun seçkilərinin ardından pul siyasətində daha çox söz sahibi olacağını da bildirmişdi.
İqtisadçılar faiz məsələsinə son qərarın Mərkəz Bankına aid olduğunu bildirirlər. Əgər Ərdoğan faizlərin səviyyəsindən xoşu gəlmədiyini və Mərkəzi Banka nə etməsi lazım olduğunu söyləyə, bu, Mərkəzi Bankın rəhbərliyinin istefasına səbəb ola bilər.
Bu gün səhər 1 Dollar 4.80 Türk lirəsini də keçərək rekord yeniləyib.
"TÜRKİYƏNİN İFLASI BAŞLADI"
Makro iqtisadçı və maliyyə tarixçisi Rassel Napier, İsveçrənin ən nüfuzlu qəzeti "Neue Zürcher Zeitung"a müsahibəsində Türkiyə ilə bağlı fikirlərini bildirib.
Rassel Napier, qlobal bazarlarda 1980-ci illərin yenidən yaşanacağını və Türkiyəni böyük bir böhranın gözlədiyini iddia edən Napier "Türkiyənin iflası başladı" - deyib. Ən gec seçkilərdən sonra, Türk Lirəsinin böyük dəyər itirəcəyini söyləyən iqtisadçı, Türkiyənin 400 milyard dollara çatan borcunu ödəməyəcək vəziyyətə gəldiyini bildirib. Bunun yaradacağı böhranın ən çox Fransa və İtaliya banklarını vuracağını proqnozlaşdıran iqtisadçı, Avropa Birliyinin bu bankları xilas edəcəyini də sözlərinə əlavə edib.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Xüsusilə xarici valyutda borcu olan şirkətlərin borclarını ödəməkdə çətinlik çəkdiyini deyən iqtisadçı, Türkiyədən OTAŞ (Türk Telekom) və Doğuş Holding nümunələrini göstərərək bu şirkətlərin indidən borclarında möhlət istədiklərini də (restrukturizasiya) vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)








