“Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq
İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.
Nazirlikdən "Marja"ya verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub.
Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub: "Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək".
Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Ələtdə yaradılması nəzərdə tutulan “Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verilib.
Nazir Şahin Mustafayev Azərbaycan və Çin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.
Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) fəaliyyəti barədə məlumat verən idarə heyətinin sədri Vanq Yi Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında Korporasiyanın maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, xarici ticarət və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə kredit və investisiyaların sığortalanması sahəsində böyük təcrübəsi olan SİNOSURE Korporasiyası tərəfindən ümumilikdə 3,5 trilyon dollar məbləğində ixrac vəsaiti sığortalanıb. Korporasiya 250-dən çox bankla əməkdaşlıq edir.
Görüşdə SİNOSURE Korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu ifadə olunub və bu sahədə əlaqələrin qurulması imkanları müzakirə edilib
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
- 14 d. əvvəl
-
22 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 44 d. əvvəl
-
52 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"







.jpg)






.jpg)





