Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi

AzVak-mobil_resmin_ustu_31
Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samir Süleymanov 2017-ci il fevralın 1-də Dünya Bankı prezidenti tərəfindən yeni yaradılmış Dünya Bankı Strateji Təşəbbüslər Qrupunun rəhbəri vəzifəsinə təyin edilib. 

 

Banka –ın saytında verilən məlumata görə, Strateji Təşəbbüslər Qrupunun əsas vəzifəsi Dünya Bankının baş icraçı direktoru ilə birgə təşkilati hədəfləri həyata keçirmək və təşkilatın qlobal çağırışlar qarşısında strateji mövqeləndirilməsinə nail olmaqdır. 

 

Bundan öncəki təyinatında S.Süleymanov Dünya Bankı baş direktorunun ofisində Strategiya və Əməliyyatlar Departamentinin direktoru vəzifəsində çalışıb.  

 

Həmin vəzifə çərçivəsində Samir Süleymanov “Gələcəyə Baxış: Dünya Bankı Qrupu 2030” sənədinin hazırlanmasını əlaqələndirmiş, baş direktorla birgə daxili islahat və təşəbbüslər həyata keçirərək Bankın daha səmərəli fəaliyyətinə töhfə vermişdir.

 

Bankdakı 21 illik karyerasına 1996-cı ildə başlamış Samir Süleymanov Korporativ Katiblik Departamentinin direktoru, Bankın Rusiya üzrə proqramının koordinatoru və s. kimi məsul vəzifələrdə çalışıb.

 

O, bu vəzifələr çərçivəsində Direktorlar Şurasının işində yaxından iştirak edib, Dünya Bankı instrumentlər arsenalına yeni maliyyə alətlərinin əlavə edilməsi və müxtəlif fondların yaradılması prosesində müstəsna xidmətlər göstərib.

 

Qeyd edək ki, Samir Süleymanov Azərbaycan vətəndaşıdır. O, George Washington Universitetində MBA dərəcəsi alıb.

 

© Oxu.az

03.02.2017 06:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19