İdaxlı həcm baxımından azalıb, dəyər baxımından artıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 25 mln. 771,57 min ABŞ dolları dəyərində 4 320,97 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 955,05 ton və ya 18,10% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 502,28 min dollar və ya 27,14% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 20 mln. 269,29 min dollar dəyərində 5 276,02 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.
Adı | Statistik dəyər (min ABŞ dolları) yanvar-aprel 2017 | Statistik dəyər (min ABŞ dolları) yanvar-aprel 2018 |
|
Yeyinti məhsulları, ondan | 412 849.57 | 445 784.30 | + |
Ət | 21 177.14 | 19 357.37 | - |
Süd | 4 198.41 | 3 308.65 | - |
Kərə yağı və süddən hazırlanmış digər yağlar | 20 269.29 | 25 771.57 | + |
Meyvə-tərəvəz | 56 480.15 | 66 026.23 | + |
Çay | 14 002.87 | 15 871.88 | + |
Buğda | 48 461.91 | 70 971.29 | + |
Bitki və heyvan mənşəli piylər və yağlar | 36 294.76 | 54 211.80 | + |
Şəkər | 48 101.41 | 8 641.17 | - |
© APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
2 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
2 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
2 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
2 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
3 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


























