Beynəlxalq Bank 80%-dək endirimə getdi
Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank müştərilərə təklif olunan ödəniş kartları üzrə xidmət haqqı tariflərinə yenidən baxıb və xidmət haqlarında 80%-ə qədər endirimlər edilib. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Məsələn, indi Visa Classic və MasterCard Standart kartlarını Azərbaycan Beynəlxalq Bankından cəmi 10 manata, Visavə MasterCardın Gold kartlarını 30 manata, Platinum kartlarınıisə 50 manata əldə etmək olar.
Ölkəmizdə yeganə olaraq məhz Azərbaycan Beynəlxalq Bankının müştərilərə təqdim etdiyi "American Express" ödəniş kartları üzrə xidmət haqlarında da böyük endirimlər var. Belə ki, "American Express"in Green kartlarını indi cəmi 60 manata, Gold kartlarını isə 150 manata almaq mümkündür.
763 ATM-i, 11 mindən çox POS terminalı fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ən yüksək təhlükəsizlik standartları ilə təmin edilib. Bu kartları Bankın bütün filial və şöbələrində sifariş vermək olar. Yeni fəaliyyət mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı effektivliyin artırılması, bankın məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin gücləndirilərək satışının stimullaşdırılması, ən əsası isə müştəri məmnuniyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri davam etdirir.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
XXX
08:15
Azərbaycan Beynəlxalq Bankı kart qiymətlərini 80%-dək endirib.
“Geniş kart çeşidimiz daha da əlçatan oldu” bəyan edən bank, İnternet kartlarını-4 AZN-dən, VISA Electron/Debit MasterCard-ı-10 AZN-dən, VISA Classic/MasterCard Standard-ı-10 AZN-dən, VISA Gold/MasterCard Gold-30 AZN-dən, VISA Platinum/MasterCard Platinum-u-50 AZN-dən, Premial kartları - 60 AZN-dən başlayan qiymətlər ilə təklif edir.
Qiymətlər bir illik kartların xidmət haqqısıdır.
qərar 01.02.2017 tarixindən qüvvədədir.
Beynəlxalq Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq kart sifariş etmək mümkündür.
Daha: ətraflı: https://www.ibar.az/wp-content/uploads/2015/06/%C3%96d%C9%99ni%C5%9F-kartlar%C4%B1-02022017.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)






