Qlobal qızıl tələbatı 7 faiz azalıb
Dünya Qızıl Şurasının məlumatına görə, qlobal qızıl tələbi 2018-ci ilin ilk rübündə 2008-ci ildən bu yana görülən ən zəif səviyyədə reallaşıb.
Yanvar-mart dövründə qlobal qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 973,5 ton olub. Tələbdə ən böyük azalma investisiya məqsədli tələbdə baş verib. Külçə və pul olaraq qızıl istehlakı ilk rübdə 15 faiz düşüb. Birja investisiya fondlarının alışı illik müqayisədə üçdə iki nisbətində geriləyib.
İlk rübdə ləl-cəvahirat məqsədli qızıl tələbi də 1 faiz geriləyib. Çindən sonra ən böyük qızıl istehlakçısı olan Hindistanın qızıl tələbi 12 faiz azalma ilə 88 ton təşkil edib. Çinin ləl-cəvahirat məqsədli qızıl tələbi isə 7 faiz artımla 188 ton olub.
Yanvar-mart dövründə mərkəzi banklarının qızıl tələbi isə 42% artıb. Rusiya, ən böyük alıcı olarkən, bu ölkənin ardınca Türkiyə və Qazaxıstan mərkəzi bankları gəlib.
2018-ci ilin ilk rübündə yataqlardan qızıl hasilatı isə 1 faiz artaraq 770 ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb







.jpg)







.jpg)






