ABŞ-ın xam neft ehtiyatları gözlənildiyindən çox artdı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 6,2 milyon barel (1,4 faiz) artımla 436 milyon barelə çatdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 700 min barel artım göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,2 milyon barrel qalxmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 500 min barel (0,1 faiz) azalaraq 664,3 milyon barrelə enib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
ABŞ-ın benzin ehtiyatları ötən həftə 1,2 milyon barrel (0,5 faiz) artaraq 238 milyon barrelə çatıb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 600 min barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 800 min barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 80 min barel artımla 8,55 milyon barelə qalxıb, xam neft ixracı isə gündəlik orta hesabla 183 min barrel azalma ilə 2,15 milyon barrelə enib.
Xam neft hasilatı son 16 həftədə 15 dəfə yüksəlib
ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə, gündəlik orta hesabla 33 min barel artımla 10,62 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft hasilatı rekord səviyyəyə çataraq, son 16 həftədə 15 dəfə artmışdır.
EIA-nın "Aprel 2018" hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, gələn il ABŞ-ın xam neft hasilatının gündəlik orta hesabla 11,4 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı gözlənilir.
Neft qiymətləri aşağı düşüb
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı artımın ardından qlobal bazarlarda xam neft qiymətləri aşağı düşüb. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 73,06 dollardan, ABŞ-ın Qərbi Texas (WTI) neft isə 67,79 dollardan alıcı tapıb. Məlumat açıqlanan zaman Brent nefti 72,54 dolları görmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)






.jpg)








