Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilir
Aprelin 28-də II Milli Mühasiblər Forumu işə başlayıb. Forum Vergilər Nazirliyi,Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir.
II Milli Mühasiblər Forumunun açılışında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev Azərbaycanda aparılan iqtisadi siyasətin əsas istiqamətləri barədə danışıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində” nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb. Bu baxımdan ölkəmizdə maliyyə nəzarətinin, maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlığın və şəffaflığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir.
Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov bildirib ki, milli mühasibatlığın və vergi sisteminin qarşısında duran mövcud çağırışların, respublikada maliyyə, uçot, audit işinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılacaq effektiv addımların belə bir Forumda müzakirəsi olduqca faydalıdır. S.Məmmədxanov vergi sistemində aparılacaq islahatlarla bağlı Forum iştirakçılarına məlumat verib. Bildirilib ki, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, vergilərini tam həcmdə və vaxtında ödəyən vergi ödəyicilərinin dəstəklənməsi, vergidən yayınma ilə mübarizənin genişləndirilməsi, vergi sistemində yeni informasiya texnologiyaları tətbiqinin davamlı olması qarşıda duran əsas məsələlərdir.
Forumun plenar iclasında Şamaxı rayon İcra Başçısının birinci I müavini Qasım Qasımov, “Gilan Holdinq”in İdarə Heyətinin üzvü Fuad Kərimov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Türkiyənin İşık Universitetinin rektoru Cemal İbiş, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetitinin dekanı Vladimir Avdiyskiy çıxış ediblər. Natiqlər II Milli Mühasiblər Forumunun iqtisadi sektorda yeni çağırışlar üçün əlverişli platforma olacağına əminliklərini vurğulayıblar.
Forum müxtəlif bölümlərdə davam edib və mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər, vergi qanunvericiliyi və mühasibat uçotu, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu, kommersiya qurumlarında mühasibat uçotunun problemləri, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və s. mövzularda təqdimatlar və çıxışlar iştirakçılarının diqqətinə çatdırılıb.
Forumda həmçinin mühasibat uçotu və vergi sahəsində müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin nəticələri elan olunaraq qaliblər mükafatlandırılıblar. Burada mühasibat uçotu sahəsində ilin ən yaxşı jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə müsabiqələr yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)





