SOCAR İstiqrazları üzrə növbəti faizlər ödənildi
Bu gün SOCAR İstiqrazları üzrə növbəti faizlər ödənilib. “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, aprelin 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 6-cı faiz ödənişidir, bununla da SOCAR İstiqrazları sahiblərinin qazancı 7,5 milyon dollara çatıb.
"SOCAR Capital”dan bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına bir həftə əvvəlcədən köçürülüb: “Faiz ödənişi üçün tələb olunan 1,25 milyon dollar vəsait aprelin 10-da MDM-in hesabına ödənilib. Artıq bu gündən həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq”.
Şirkətdən qeyd edilib ki, SOCAR İstiqrazlarının buraxılmasından ötən 1,5 il ərzində istiqrazlara xidmət və faiz ödənişləri intizamla yerinə yetirilib: “İstiqrazların buraxılışı zamanı elan edildiyi kimi, SOCAR digər qiymətli kağızlarda olduğu kimi, daxili istiqrazlar üzrə də öhdəliklərinə ciddi surətdə əməl edir. Nəticədə SOCAR İstiqrazları ölkədə ən etibarlı və likvid maliyyə alətinə çevrilib”.
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün buraxdığı istiqrazların nominal qiyməti 1000 ABŞ dolları, illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
SOCAR bu istiqrazlara nominal qiymətdən alış zəmanəti də verib, nəticədə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və istiqraz sahibləri onları dərhal nağd pula çevirə bilirlər.
Gəlirliyin və likvidliyin yüksək olmasına görə, SOCAR İstiqrazları bazarda ən sərfəli yatırım aləti sayılır. Əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Nəticədə təkcə 2018-ci ildə SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 19 milyon dolları keçib. İstiqrazın alıcıları arasında təkcə Azərbaycan deyil, xarici ölkələrin vətəndaşları da var.
2021-ci ilədək qüvvədə olan SOCAR İstiqrazları bü müddətin sonunadək öz sahiblərinə 25 milyon ABŞ dolları həcmində gəlir gətirəcək.
Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)






.jpg)






