Ərdoğan-Putin-Ruhani görüşür, Lirə, Rial və Rubl dəyərdən düşür
Geosiyasi narahatlıqlar ilə dünən ABŞ Dolları Türk Lirəsi (TL) qarşısında 4.1383 TL ilə, Avro da 5.1166 ilə rekord qırdı. İran isə Riala sabit məzənnə müəyyən etməsinin ardından ucuzlaşma 58%-dən 11%-ə endi. 2017-ci ilin Noyabr ayında keçirilmiş Soçi görüşü zamanı da 3 ölkənin (Rusiya, Türkiyə, İran) məzənnələrində bənzər hərəkətlər baş vermişdi.
Suriya böhranı üçün Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani 4 Apreldə Ankarada görüşmüşdülər. Bu görüşün ardından da hər üç ölkənin milli pul vahidləri dəyərdən düşüb.
“Marja” xəbər verir ki, İran Rialı əvvəlki gün 68 faiz dəyərdən düşərək dollara qarşı 37 mindən 62 minə qədər qalxdı. Hökumət Dolları 42 min rialda möhkəmləndirmək məcburiyyətində qaldı (sabit məzənnəyə keçdi). Beləliklə, Rialın dəyərdən düşməsi 11.2% təşkil etdi. Rus Rublu isə 3 Apreldə 57.41-də ikən, dünən dəyərsizləşmə 10%-ə çatdı və 1 dolların qarşılığı 63.09 rubla qədər çıxdı. Türk Lirəsi da o gündən sonra 3.6% dəyər itirib və dollar dünən 4.1383 TL-yə qalxaraq yeni rekordunu qırdı. Eyni üçlüyün, eyni məqsədlə 11 Noyabr 2017-ci ildə Soçi sammitində görüşməsi zamanı da bu ölkələrin valyuta məzənnələrində bənzər hərəkətlərin olması qəribə bir təsadüf olaraq görülür. Rublun dəyər itirməsinin təsiri ilə Braziliya Realı və Cənubi Afrika Rant da ucuzlaşmışdır.
Ankara görüşündə liderlər Suriyanın ərazi bütövlüyünə vurğu edərkən, Prezident Rəcəb Tayyib Ərdoğan "Torpaq əməliyyatlarına isti baxmırıq" demişdi. Putin humanitar yardımın əhəmiyyətini vurğulamış, Ruhani isə ABŞ-ı tənqid etmişdi.
SANKSİYANIN VƏ HƏRBİ MÜDAXİLƏ OLA BİLƏCƏYİNİN TƏSİRİ
Bazar ertəsi və Çərşənbə axşamı Rubl, ABŞ-ın Rusiyaya tətbiq yeni sanksiyalar ilə "Rusal Capital"ın texniki olaraq iflası narahatlıqlarının artırmasından sonra böyük dəyər itirdi. Bu proses digər inkişaf etməkdə olan ölkə bazarlarına da mənfi təsir göstərdi. ABŞ, cümə günü 2016-ci ilin prezident seçkilərinə müdaxilə etməkdə günahlandırdığı Rusiyanı cəzalandırmaq məqsədilə, 24 Rus dövlət rəsmisi və iş adamı ilə 14 quruma qarşı yeni sanksiyalar tətbiq edib.
Suriyada kimyəvi silah istifadəsi iddialarına ABŞ-ın reaksiya verəcəyini açıqlaması dünən hərbi fəallıq yaradacağı proqnozları ilə geosiyasi narahatçılıqlara təkan verdi. Təkcə dünən Rubl Dollar qarşısında 5% dəyərdən düşdü.
Dollar/TL məzənnəsinin də 4 səviyyəsinin üzərində qaldıqca daha da yüksələ biləcəyi qeyd olunur. "Risk iştahı" pozulduğundan TL-nin daha mənfi təsir görəcəyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
8 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
8 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!














.jpg)








