“Mətanət A” Şirkəti “İnşaatçılar Günü”nü özünəməxsus qeyd etdi
Artıq 8-ci ildir ki, 10 aprel ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə bu gün inşaatçıların peşə Bayramı hesab edilir.
Azərbaycan inşaatı və memarlığı zəngin və qədim tarixə malikdir. Keçmiş əsrlərdən günümüzə qədər gəlib çıxmış qiymətli memarlıq abidələri kimi qorunan onlarla binalar var ki, özündə Şərq və Qərbin nadir memarlıq nümunələrini birləşdirir.
“Mətanət A” şirktəti bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edib. Şirkətin təşkilatçılığı ilə Dövlət İnşaat və Memarlıq Universitetinin tələbələri arasında “Güc BİLİKdədir” adlı yarış keçirilib. Yarışın məqsədi gənc inşaatçıların elmi-intellektual səviyyələrinin, memarlıq tariximiz barədə biliklərinin daha da artırılması idi. Sevindirici haldır ki, gənclərimiz yüksək fəallıq göstərərək yarışa böyük maraq göstəriblər.
5 turdan ibarət olan bilik yarışında “Mətanət A”, “Ağdağ”, “Blokpan” və “Rokol” adlı komandalar arasında qızğın mübarizə gedib. Nəticədə “Ağdağ” komandası qalib oldu. Qalib komanda “Mətanət A” Şirkəti tərəfindən dəyərli hədiyyələrlə, digər komandalar isə həvəsləndirici mükafatlarla təltif ediliblər.
Yarışdan çəkilən fotoları sizə təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








