Hərracda yeni rekord
02.04.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 178,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.
"Marja" xəbər verir ki, Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.
Qeyd edək ki, bu gün depozit hərracında qeydə alınmış tələb rekord səviyyədir. Bundan əvvəlki rekord 1 milyard 133,3 milyon manat ilə 05 Mart 2018-ci il tarixində qeydə alınmışdı.
Xəbər verdiyimiz kimi, 29.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 706,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini bəyan etmişdi və bu məbləği də cəlb edib.
27.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 972,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbəği də cəlb edib.
19.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 9,98 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.
12.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 131,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Hərrac ilə 200 milyon manat cəlb edilib.
05.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 133,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.
Tələbin böyük olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Banklar nağd vəsaitlərini real sektora ötürməkdə çətinlik çəkirlər.
Müştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Ən çox oxunanlar
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb







.jpg)









.jpg)








