Azərbaycan və İran Xəzərdə yataqları birgə istismar edəcəklər
Həsən Ruhani Azərbaycana səfəri zamanı müzakirə edəcəyi məsələləri açıqlayıb
“Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm”.
Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 27-də Türkmənistan və Azərbaycana səfərə yola düşməmişdən əvvəl Tehran hava limanında keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun rəsmi dəvətləri əsasında baş tutur: "İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələrlə yaxın əlaqələrin qurulmasıdır. Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən biridir. Türkmənistan və Azərbaycan İranı Mərkəzi Asiya və Qafqazla birləşdirən ölkələrdir".
H.Ruhani bildirib ki, Rəşt dəmir yolunun Azərbaycanın Astara rayonundakı dəmir yolu xətti ilə birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaza, Rusiya və Avropaya birləşdirmiş olacaq.
Onun sözlərinə görə, səfər zamanı İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq: "Türkmənistan və Azərbaycana səfərim çərçivəsində İran, Türkmənistan və Azərbaycanın iş adamları, sahibkarları, investorları və özəl sektor nümayəndələrinin birgə iclasları təşkil ediləcək və bu iclaslarda əməkdaşlıqların genişləndirilməsi yolları müzakirə olunacaq. İranın Türkmənistan və Azərbaycan ilə əlaqələri çox yaxşı səviyyədədir. Münasibətlərin daha da inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























