“Səba” şirkəti süd məhsullarının qiymətini endirdi
Həftə sonları “Səba”-ya neçəyə başa gəlir?
“Səba” şirkəti martın sonunadək süd məhsullarının qiymətini şirkət mağazalarında endirib.
Kəskin iqlim keçidi ayında həm böyüklərə, həm də uşaqlara orqanizmin immunitet qabiliyyətini artırmaq üçün süd məmulatları vacibdir. Bunu düşünən “Səba” brendin bütün süd məhsullarına nəzərəçarpan endirimlər təqdim edir. Pendir, qaymaq, xama, kəsmik, kənd qatığı kimi məhsullara 1 manatadək endirim olunur. Yalnız şirkətin “Gündəlik ərzaq malları” adlanan mağazalar şəbəkəsində 1 kq-lıq kağız (folqalı) bağlamada olan “Səba” yağı 13.95 manata təqdim edilir.
Amma bu, “Səba”-da yeganə endirim kampaniyası deyil. Paralel olaraq, hər şənbə və bazar günləri “Həftə sonu endirimlər” davam edir.
Hər şənbə-bazar 20%-dək endirim!
Mütəmadi olaraq, hər həftənin şənbə və bazar günlərində “Səba” məhsullarına 20%-dək endirim edilir.
Xüsusilə, böyük endirimlər brendin ən çox tələb olunan və digər mağazalarda təqdim edilməyən məhsul çeşidinə - çəki ilə olan məhsullara tətbiq edilir. Bu məhsullardan açıq toyuq, açıq file, toyuq içalatı, kolbasa və sosis məmulatlarını xüsusi qeyd etmək olar. Həftə sonlarında toyuq əti və tikələrində hər kiloqramda 20 qəpiyə, kolbasa və sosislərdə 1 manatadək qiymət endirimi olur.
“Səba” kərə yağının 1 kiloqramlıq bağlama qiyməti isə 13 manat 40 qəpiyə düşür.
“Səxavət günləri”ndən daha səxavətli və ya Müştəri hər ay istədi, “Səba” hər həftə etdi...
“ “Həftə sonu endirimlər” kampaniyasını “Səba Səxavət günləri” aksiyasını davam etdirməyimizi istəyən müştərilərin xahişi ilə başladıq. Hər ayın eyni günündə - Səxavət günü-ndə xüsusi hissə “Səba” məhsulları yarı qiymətinə təklif edilirdi. İndi təqdim etdiyimiz “Həftə sonu endirimlər” isə ay ərzində 4 dəfə - hər həftə, bütün mağazalarımızda keçirilir və demək olar ki, mağazadakı bütün məhsullarımıza şamil olunur. Buna görə də tam əminliklə deyə bilərik ki, “Həftə sonu endirimlər” “Səba Səxavət günləri”ndən daha səxavətlidir” - “Səba” şirkətindən belə bildiriblər.
“Həftə sonu endirimlər” “Səba”-ya məxsus “Gündəlik ərzaq malları” mağazalar şəbəkəsində bu ilin yanvarından keçirilir. Ölkə üzrə “Səba” mağazalarının sayını nəzərə aldıqda (“Səba” mağazalarının ünvanlarını bu linkdə http://blog.saba.az/shops görə bilərsiniz), endirimin şirkətə necə böyük məbləğə başa gəldiyini təsəvvür etmək olar. “Biz şadıq ki, “Gündəlik ərzaq malları” mağazalar şəbəkəsi artıq “Səba” şirkətinin daha bir brendinə çevrilib. “Təzə-təzə” prinsipi və doğma məhlə dükanı yaxınlığı ilə “Səba” müştərilərinin sevgisini qazanan mağazalarımız həftə sonu endirimlərlə bu sevginin qarşılıqlı olduğunu nümayiş etdirir” – “Səba”-da belə düşünürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Ən çox oxunanlar
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib







.jpg)







.jpg)




