Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb
"Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir".
Bunu vergilər nazirinin müavini Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: "İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir".
Nazir müavini bildirib ki, 2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib. Vergi xidmətinin qarşısında qoyulmuş yeni vəzifələrə və tələblərə uyğun olaraq vergi orqanlarına etimad yüksəldilməlidir: "Vergilər Nazirliyi biznes qurumları ilə faydalı və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır. Nazirlik qarşı tərəfdən də eyni münasibəti gözləyir, hər bir sahibkarı dürüst, vicdanlı, şəffaf olmağa dəvət edir. Vergi ödəyicisi öz vəzifələrini və məsuliyyətini başa düşməli, unutmamalıdır ki, vergiləri vaxtında və tam həcmdə ödəmək Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş borcudur. Vergi orqanı vergi yığmır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına nəzarət edir. Sahibkar elə işləməli, işini elə qurmalıdır ki, vergi orqanı onun təqdim etdiyi sənədlərə şübhə ilə yanaşmasın, fəaliyyətini araşdırmağa ehtiyac yaranmasın. Ən yaxşı və düzgün yol şəffaflıqdır. Şəffaflıq tərəflər arasında qarşılıqlı inam və etibarı artırır, biznes təmsilçisinə etimadı yüksəldir, inkişafa səbəb olur, iqtisadiyyatı gücləndirir".
Sahib Ələkbərov vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinə keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






