“Unibank kuboku -2018”-in qalibləri müəyyən edilib
Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı idman növü üzrə “Unibank kuboku -2018”-in qalibləri müəyyən edilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir, 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyıb.
Bankın yaydığı məlumata görə, tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komanda Tokio-2020-yə ciddi hazırlaşır:
“Bizim hesablamalarımıza görə, azı 2 güllə atıcımız 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmalıdır. Güllə atıcılığında bizim yeni tərəfdaşımız Unibankdır və Unibankın komandaya uzunmüddətli və yaxından dəstək olması idmançılarımızı daha da ruhlandırıb”.
“Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin pərakəndə bankçılıq və marketinq üzrə müavini Taleh Tahirli də idmançılara uğurlar arzulayıb:
“Biz qürur duyuruq ki, böyük yarışlara hazırlıq zamanı Unibank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu yarışda biz idmançılarımızın necə əzmlə mübarizə apardıqlarnı gördük və inanırıq ki, güllə atıcılarımız qarşıdakı beynəlxalq yarışlardan yüksək nəticələrlə dönəcəklər”.
Güllə atıcılığı üzrə Milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Yarışda özüm də idmançı kimi iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı bir yarış oldu. Bu həm də böyük yarışlara hazırlıq idi. Unibank qarşıdakı 3 ildə bizim yaxın dəstəkçimiz olacaq, bu bizi böyük qələbələrə daha da ruhlandırır”.
“Unibank kuboku-2018”in qadın idmançılar arasında qalibi Aybəniz Babayeva: “Bu gün çox gözəl yarış keçdi. Həyəcanlı olsam da, gözəl nəticə əldə etdim. Hədəf təbii ki, Tokio-2020-dir!”
Yarışda milli komandanın qadın və kişilərdən ibarət idmançıları öz qüvvələrini sınayıblar.
Yarışın nəticələrinə görə qaliblər seçilib:
P1 kateqoriyası (kişilər arasında):
I yer: Kamran Zeynalov (229.0 xal)
II yer: Elşad Məmmədov (227.2 xal)
III yer: Əkbər Muradov (222.4 xal)
P2 kateqoriyası (qadınlar arasında):
I yer: Aybəniz Babayeva (223.4 xal)
II yer: Gülnarə Niftəliyeva (197.8)
III yer: Vüsalə Kərimova (177.1)
Qaliblərə kubok, medal və Unibank tərəfindən hədiyyələr verilib.
Xatırladaq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)






