İbrahim Alışov CEO Lunch Baku-da iştirak edəcək
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində Caspian European Club-un təşkil etdiyi on ikinci CEO Lunch Baku-da iştirak edəcək.
Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Onun sözlərinə görə, tədbir Caspian European Club-un Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.
Telman Əliyev vurğulayıb ki, CEO Lunch Baku-da qeyri-rəsmi Klubun üzv şirkətlərinin özəl sektor ilə Palata arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, CEO Lunch Baku üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
CEO Lunch Baku-da yalnız Caspian European Club saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/157-ceo-lunch-baku-14-03-2018 linki vasitəsilə qeydiyyatdan keçən şirkətlər iştirak edə bilərlər.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradııb.
Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir.
Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















