Mənzilini sığorta etdirməyən cəzalandırılacaq
"Bəzi sığorta növləri var ki, icbari sığorta olsa da, bazarda imitasiyası bir qədər zəifdir. Xüsusilə qeyd edim ki, əmlak sığortası icbaridir, ancaq bazar iştirakı çox zəifdir".
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
"Konkret rəqəmlə desək, hazırda əmlak sığortasının bazar payı 10-15%-dir. Halbuki, əmlak bazarının həcmi 200-300 milyon dəyərində hesablanır. Biz çalışırq ki, daşınmaz əmlak sığortası iştirakının səviyyəsini artıraq. Bunun üçün müəyyən alətlər hazırlanır. Amma xarici təcrübəni nəzərə alaraq, bəzi sığorta növlərinin icbariləşdirilməsi də ola bilər. Çünki könüllü sığorta növlərinin inkişafı məhz icbariləşmədən keçir. Yəni bir müddət sığorta növü icbariləşsə, inkişafdan sonra icbariləşməni aradan qaldırmaq olar".
Sədr qeyd edib ki, icbari əmlak sığortasının tətbiqi mexanizmi yoxdur: "Avtomobil sığortası ilə müqayisə etsək, bu sığorta növü də icbaridir, ancaq onun geniş tətbiq mexanizmi var. Elektron protokollar tərtib olunur, texniki baxışda tələb edilir, amma əmlakda bu, yoxdur. Biz çalışacağıq ki, müəyyən cəza alətləri düşünülsün. Hazırda biz ASA olaraq bununla bağlı təkliflər hazırlayırıq, bunlardan biri cərimə mexanizminin işlənib hazırlanmasıdır".
Azərbaycanda Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları mövcuddur.
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bakı şəhərində 50 manat sığorta haqqı müqavilində mənzilin sığortalanması tələb olunur. Sığorta məbləği 25 min manat, azadolma isə 250 manatdır.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
© Fed
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






