ABŞ strateji neft ehtiyatlarını satır
ABŞ-ın Energetika Nazirliyi ölkənin strateji xam neft ehtiyatlarının bir qisminin sözügedən sistemin infrastrukturunun modernləşdirilməsi xərclərində istifadə edilməsi üçün satışına başlandığını açıqlayıb.
"Marja" xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyindən edilən açıqlamada, cəmi 695,1 milyon barrel olan strateji xam neft ehtiyatlarının 8 milyon barrelinin satışı üçün ilk tenderin elan edildiyi, "Shell Trading" və "Phillips 66" adlı şirkətlərin ümumilikdə 6,4 milyon barel alış hüququ qazandıqları qeyd olunub.
Açıqlamada, ehtiyatların satışından əldə ediləcək gəlirin strateji neft ehtiyatlarının saxlanılması üçün infrastrukturun modernləşdirilməsi üçün istifadə edilməsinin planlaşdırıldığı qeyd olunub.
ABŞ-ın Qərbi Texas növü xam neftinin barrelinin qiyməti 53 dollardan hesablandıqda, sözügedən ehtiyatlardan satılacaq 6,4 milyon barrelin təqribən 340 milyon dollar gəlir gətirməsi gözlənilir.
ABŞ Konqresi tərəfindən 2015-ci ilin Oktyabr ayında qəbul edilən büdcə qanunu, strateji ehtiyatların modernləşmə üçün ehtiyatlardan 2 milyard dollar dəyərində satış etməsinə icazə verir.
2015-ci ilin Dekabr ayında qəbul edilən bir başqa qanunda isə 2023-2025 illəri arasında ehtiyatlardan 66 milyon barrel neftin satılaraq, ABŞ-ın avtomobil yolları infrastrukturuna xərclənməsi nəzərdə tutulur.
Bundan başqa, ötən ay qəbul edilən bir qanun da 2017-2019-cu illəri arasında strateji ehtiyatlardan 25 milyon barrel xam neftin satışına imkan verir.
ABŞ-ın strateji neft ehtiyatları, müharibə, təbii fəlakət, hasilat fasiləsi kimi səbəblər ucbatından ölkədə xam neft çatışmazlığının baş verməməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, ABŞ kimi bütün Beynəlxalq Enerji Agentliyinin (IEA) üzvü olan ölkələr ən az 90 günlük xam neft idxalına bərabər neft miqdarını saxlaması lazımdır.
ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkənin strateji xam neft ehtiyatları 145 günlük xam neft idxalına bərabər səviyyədədir. Keçən həftə 488,3 milyon barrel olan kommersiya məqsədli xam neft ehtiyatları da 102 günlük neft idxalını ödəyəcək səviyyədədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























