Bank sektoru aktivlərinin 87%-i borcdan ibarətdir
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun aktivlərinin 86,72%-ni onların öhdəlikləri, qalan 13,28%-ni isə onların balans kapitalı təşkil edib.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Ayrı-bank banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ölkədəki 30 bankdan 5-nin aktivlərində öhdəliklərin payı 90%-dən yüksəkdir. Yəni, həmin banklarda balans kapitalının aktivlərində payı heç 10%-ə də çatmır. Bunlar "Bank Respublika", "Access Bank", "Bank of Baku", "Azərbaycan Sənaye Bankı" və "AGBank"dır.
Qalan 25 bankdan 13-də öhdəliklərin aktivlərə nisbəti 80-90% arasında, 5 bankda 70-80% arasında, 3 bankda 60-70% arasında, 3 bankda 30-60% arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə cəmi 12,57%-dir. Başqa sözlə, Pakistan bankının aktivlərində balans kapitalının payı 87,43%-dir.
№
| Bankın adı | Bankın aktivlərində | |
Öhdəliklərin payı | Balans kapitalının payı | ||
1 | Bank Respublika | 94,63% | 5,37% |
2 | Access Bank | 91,85% | 8,15% |
3 | Bank of Baku | 90,85% | 9,15% |
4 | Azərbaycan Sənaye Bankı | 90,44% | 9,56% |
5 | AGBank | 90,34% | 9,66% |
6 | Rabitə Bank | 89,91% | 10,09% |
7 | Bank VTB Azərbaycan | 89,90% | 10,10% |
8 | Kapital Bank | 89,76% | 10,24% |
9 | Unibank | 89,46% | 10,54% |
10 | Azərbaycan Beynəlxalq Bankı | 89,10% | 10,90% |
11 | PAŞA Bank | 88,66% | 11,34% |
12 | Turan Bank | 87,65% | 12,35% |
13 | AFB Bank | 86,55% | 13,45% |
14 | Xalq Bank | 85,67% | 14,33% |
15 | Muğan Bank | 85,63% | 14,37% |
16 | Azər-Türk Bank | 83,75% | 16,25% |
17 | Yapı Kredi Bank Azərbaycan | 83,00% | 17,00% |
18 | Nikoyl Bank | 82,86% | 17,14% |
19 | Bank BTB | 79,92% | 20,08% |
20 | Amrah Bank | 77,99% | 22,01% |
21 | Atabank | 76,60% | 23,40% |
22 | Bank Silk Vey | 74,13% | 25,87% |
23 | NBC Bank | 72,15% | 27,85% |
24 | Günay Bank | 68,64% | 31,36% |
25 | Zıraat Bank Azərbaycan | 64,70% | 35,30% |
26 | Bank Avrasiya | 61,04% | 38,96% |
27 | Express Bank | 54,09% | 45,91% |
28 | Naxçıvan Bank | 48,63% | 51,37% |
29 | İran Milli Bankı - Bakı | 31,06% | 68,94% |
30 | Pakistan Milli Bankı - Bakı | 12,57% | 87,43% |
|
Orta hesabla
|
86,72%
|
13,28%
|
© Renkinq
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)












