“AGBank” yeni səhmlərini kütləvi satacaq - ABUNƏ YAZILIŞI BAŞLAYIB
Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 milyon manat məbləğində 3,5 milyon ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 14 fevral 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, səhmlərin yerləşdirilməsinə abunə yazılışı 26 fevral 2018-ci il tarixində başlayıb və 26 may 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.
Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı “İnformasiya memorandumu”ndan əldə edə bilər. “İnformasiya memorandumu” ilə investorlar “AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və “Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manata qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılacağı gözlənilir.
Bankın səhmdar strukturu
QK Mülkiyyətçisi | Ümumi miqdarı, ədədlə | Faiz nisbəti | Ümumi miqdarı, manatla |
Rezident Şirkətlər | 11 458 | 0,02242% | 22 916 |
Qeyri rezident Şirkətlər | 3 506 933 | 6,86288% | 7 013 866 |
Fiziki şəxlər | 47 581 609 | 93,11469% | 95 163 218 |
CƏMİ | 51 100 000 | 100,000% | 102 200 000 |
“İnformasiya memorandumu”nda qeyd olunur ki, yeni səhm emissiyası bankın maliyyə sabitliyinin güclənməsinə səbəb olacaqdırki bu da bankın gəlirinin artmasına səbəb olacaqdır. Bu isə öz növbəsində bankın dividentlərinin artması ilə nəticələnəcəkdir.
Abunə yazılışı 3 ay ərzində həyata keçiriləcək.
Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində qiymətli kağızların BFB-də kütləvi yerləşdirilməsinə başlanılacaq və 7 (yeddi) iş günü ərzində yerləşdirilməsi həyata keçiriləcək.
Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
-ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
-digər investorlar arasında səhmlərin yerləşdirilməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
48 d. əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Ən çox oxunanlar
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı















.jpg)






