“Nar” və “Microsoft Imagine Cup”-ın uğurlu startapı fəaliyyətə başladı
Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir.
Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Gənclər və idman nazirliyi, Müəllif hüquqları agentliyi, “Microsoft Azerbaijan” şirkəti, “Paşa Bank” və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.
Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri “Imagine Cup 2018”-in ABŞ-da keçiriləcək finalında iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.
“Imagine Cup 2018” müsabiqəsinin Milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, öz layihələrini layiqincə təqdimetmə bacarığını qiymətləndirəcək, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır. Bu il əlavə olaraq daha 3 nominasiya üzrə seçim aparılacaq: “Mixed Reality”, “Artificial Intelligence”, “Big Data”.
Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)





