Neftdə tarixi müqaviləyə dair yeni xəbər
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, "Neft hasilatının məhdudlaşdırılması 2019-da azaldıla bilər" deyib.
2016-ci ilin Noyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan istehsalçıların tarixi razılaşması ilə başlayan və bu ilin sonuna qədər uzadılan hasilatın məhdudlaşdırılmasının 2019-da azaldılacağı gözlənilir.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, OPEC və müttəfiqlərinin razılaşma ilə azatdıqları hasilatlarını gələn ildən azaltmaları və neft bazarlarında sabitlik üçün daimi bir çərçivə yaradacaqlarına ümid etdiyini deyib.
Falihə görə, məhdudiyyətlər bazarı narahat etməyəcək bir şəkildə azaldılacaq.
Falih, "iş aparılır və bu iş başa çatdıqdan sonra gələcək addımın nə olacağını açıqlayacağıq. Növbəti addım istehsal məhdudiyyətlərinin yumuşaldılması ola bilər. Mənim təxminimə görə, bu 2019-cu il ərzində olacaqdır. Ancaq nə vaxt və necə olacağını dəqiq bilmirəm" deyib.
OPEC-in hasilatın azaldılması müqaviləsinin necə sona çatdırılacağına dair strategiya üzərində işləməyə başladığını 2017-nin Dekabr ayında mətbuat yazmışdı.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 30 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)




