“Naxtel”in abunəçilərinin sayı açıqlanıb
Ötən il Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətə başlaması muxtar respublikamızda yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi baxımından İKT-nin uğuru hesab oluna bilər.
"Marja" xəbər verir ki, “Naxtel” MMC-nin fəaliyyətinin ilk ilində apardığı məqsədyönlü tədbirlər və yüksəkkeyfiyyətli xidmət sayəsində 4-cü nəsil Naxtel operatorunun istifadəçi sayı il ərzində 20 min 700 nəfər artaraq hazırda 30 minə yaxınlaşıb.
Bank ödəniş və qəbul terminallarında Naxtelin sim kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər icra olunub, 120 pos-terminal və 10 bankomatda Naxtel sim kartlarından istifadə olunması təmin edilib.
Bu gün digər operatorlardan fərqli olaraq muxtar respublikanın bütün yaşayış ərazilərini genişzolaqlı data xidmətləri ilə təmin edə bilən 4-cü nəsil Naxtel operatoru mobil bankçılıq və bank əməliyyatları sektorunda geniş texniki imkanlara malikdir. Naxtelin beynəlxalq rominq əlaqələrinin qurulması sahəsində də işlər davam etdirilir. Hazırda Gürcüstanda Naxtelin rominq xidməti işə salınmış, digər 10 ölkə üzrə test sınaq işləri həyata keçirilir.
”NAXTEL” 4-cü nəsil GSM + LTE operatorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







