Azərbaycanın idxalı kəskin artdı, ixracı azaldı - PİS TENDENSİYA
2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 727 milyon 332 min dollar təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac 1 milyard 38 milyon 707 min dollar, idxal 688 milyon 625 min dollar təşkil edib. Nəticədə 350 milyon 81 min dollarlıq müsbət saldo yaranıb (İxrac idxalı üstələyib).
2017-ci ilin Yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi – 1 milyard 559 milyon ABŞ dolları təşkil etmişdi.
Pis tendensiya idxalın artması, ixracın isə azalmasıdır. Belə ki, 2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 53% artıb, ixrac isə 6,3% azalıb.
Ötən ilin Yanvar ayında idxal əməliyyatları üzrə 450 milyon 36 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 109 milyon ABŞ dolları əməliyyat qeydə alınmışdı.
2016-cı ilin Yanvarında saldo müsbət 658 milyon 724 min dollar təşkil etmişdi.
2017-ci ilin Dekabr ayında Azərbaycanın ixracı 1 milyard 66 milyon 236 min dollar, idxalı isə 991 milyon 211 min dollar təşkil etmişdi.
Yanvarda ticarət dövriyyəsinin 60.13%-i ixracın, 39.87%-i idxalın payına düşüb.
| 2017-nin Yanvar ayı, Dollar | 2018-in Yanvar ayı, Dollar |
İdxal | 450 036 000 | 688 625 000 |
İxrac | 1 108 761 000 | 1 038 707 000 |
Dövriyyə | 1 558 798 000 | 1 727 332 000 |
Saldo | 658 724 000 | 350 081 000 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. əvvəl
-
43 d. əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
-
46 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 47 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
3 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub























