Büdcəyə 715 milyon manat transfer
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il ərzində dövlət büdcəsinə transfertlərin həcmi açıqlanıb.
ARDNF-dən bildirilib ki, 2018-ci il üzrə, yəni cari ilin fevralın 13-nə olan məlumata əsasən bu göstərici üzrə köçürmələr müvafiq olaraq 715 mln. manat və yaxud 420,5 mln. ABŞ dolları təşkil edib. Başqa sözlə, Fond bu il üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertin 7,76%-ni icra edib.
Qeyd edək ki, bu il ARDNF-dən dövlət büdcəsinə 9 mlrd. 216 mln. manatın transfert edilməsi nəzərdə tutulub. Bu, 2017-ci ilin proqnozu ilə müqayisədə 3 mlrd. 116 mln. manat və ya 51,1% çoxdur.
Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






