Azəri-Çıraq-Günəşlidən illik hasilat 30 milyon tondan aşağı düşdü
2017-ci ildə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub.
Bu barədə "Marja"ya BP-dən bildirilib.
Qeyd edək ki, 2016-cı il ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (144 000), Qərbi Azəri (114 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (126 000) və Qərbi Çıraq (120 000) platformalarından birlikdə – gündə orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon bareldən artıq, yəni 31,1 milyon ton təşkil etmişdi.
Beləliklə, 2016-cı illə müqayisədə 2017-də Azəri-Çıraq-Günəşlidən hasilat 2,1 milyon ton və ya 6,7% azalıb.
2015-cı il ərzində AÇG-dən ümumi hasilat 31,3 milyon ton, 2014-cü ildə 31,5 milyon ton təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 15 d. əvvəl
- 39 d. əvvəl
-
48 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
52 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)





.jpg)





