1 milyard 411 milyon manatı "yedik-içdik"
2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2 milyard 794,6 milyon manata bərabər olmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Ticarət dövriyyəsinin 1 milyard 411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələmişdir.
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2017-ci ilin yanvar ayına nisbətən,faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 2 794,60 | 102,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 253,4 | 101,9 |
içkilər və tütün məmulatları | 158 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 486,3 | 103,1 |
elektrik malları və mebellər | 170,7 | 102,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 20 | 101,6 |
əczaçılıq və tibbi mallar | 37,6 | 102 |
avtomobil yanacağı | 161,4 | 100,9 |
digər qeyri-ərzaq məhsulları | 507,2 | 103,8 |
Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14,0 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalar üzrə isə 0,2 faiz azalmışdır.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)






