Rusiya Mərkəzi Bankı bazardan valyuta almağa başlayır
Rusiya Bankı (Mərkəzi Bank) I rübdə valyuta bazarından ayda 1 mlrd. ABŞ dolları həcmində valyuta alışına başlaya bilər.
"Bloomberg" agentliyi xəbər verir ki, bunu hökumətdəki mənbələr bildirib.
Agentlikdən verilən xəbərə görə, Rusiya Bankı neftin qiymətinin artması nəticəsində büdcədə yaranan əlavə gəlirləri valyutanın alınmasına yönəldərək ehtiyatlarını artırmağı planlaşdırır. Belə ki, 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollar/barel götürüldüyü halda, hazırda neftin qiyməti 55 dollar/barel təşkil edir. Rusiya baş nazirinin I müavini İqor Şuvalovun Davos forumunda verdiyi açıqlamaya əsasən, Maliyyə Nazirliyi və Rusiya Bankı rublda volatilliyin qarşısını almaq üçün ehtiyatların möhkəmləndirilməsi prosesini 1-2 illə məhdudlaşdıracaq. Nəticədə, ixracatçılar öz işlərini daha rahat proqnozlaşdıra biləcəklər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















