Ən çox qeyri-faiz gəliri əldə etmiş 5 bank
Rəqabətin artması ilə əlaqədar olaraq komissiyaların ləğv edilməsi və xidmət haqlarının aşağı salınması bankların qeyri-faiz gəlirlərini azaldır
Adətən bank dedikdə kredit verərək gəlir əldə edən qurum başa düşülür. Bankların verilmiş kreditlərdən əldə etdikləri gəlirlərə faiz gəlirləri deyilir.
Banklar kredit faizlərindən başqa, kreditlərə görə komissiya, hesablaşma hesabı, kartlar, valyuta mübadiləsi kimi xidmətlərdən də gəlir əldə edirlər. Belə gəlirlərə qeyri-faiz gəlirləri deyilir.
2017-ci ildə ən çox qeyri-faiz gəliri əldə edən banklar məlum olub. "Marja" xəbər verir ki, ən çox qeyri - faiz gəliri əldə etmiş 5 bank - Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, PAŞA Bank, Bank Respublika və AGBank-dır.
Həmçinin, Yapı Kredi Bank Azərbaycan, Silk Vey Bank, Rabitəbank, Xalq Bank və AFB Bank ən çox qeyri-faiz gəlirləri əldə etmiş banklardır.
Əksər bankların, xüsusilə qabaqcıl pərakəndə bankların qeyri-faiz gəlirləri 2016-cı illə müqayisədə azalıb. Kreditlərdə komissiyaların endirməsi və ya ləğv etməsi (0% komissiya), kartlar üzrə xidmət haqlarının aşağı salınması qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbləridir. Bir sıra banklar valyuta mübadiləsi xidmətindən əldə etdiyi gəlir hesabına qeyri-faiz gəlirlərinin bir qədər bərpa edə bilib.
Sıra | Banklar | 2017-ci il. Qeyri-faiz gəlirləri |
1 | Azərbaycan Beynəlxalq Bankı ASC | 513 milyon 245 min |
2 | Kapital Bank ASC | 135 milyon 176 min |
3 | PAŞA Bank ASC | 48 milyon 925 min |
4 | Bank Respublika ASC | 29 milyon 409 min |
5 | AGBank ASC | 27 milyon 547 min |
6 | Yapı Kredi Bank Azərbaycan QSC | 22 milyon 759 min |
7 | Silk Vey Bank ASC | 18 milyon 612 min |
8 | Rabitəbank ASC | 14 milyon 287 min |
9 | Xalq Bank ASC | 12 milyon 862 min |
10 | AFB Bank ASC | 11 milyon 522 min |
11 | Expressbank ASC | 11 milyon 96 min |
12 | Amrahbank ASC | 10 milyon 108 min |
13 | Azər Türk Bank ASC | 9 milyon 845 min |
14 | Bank VTB (Azərbaycan) ASC | 9 milyon 800 min |
15 | Muğanbank ASC | 9 milyon 280 min |
16 | Unibank KB ASC | 8 milyon 824 min |
17 | Günay Bank ASC | 8 milyon 502 min |
18 | AtaBank ASC | 8 milyon 481 min |
19 | Azərbaycan Sənaye Bankı ASC | 6 milyon 965 min |
20 | Ziraat Bank Azərbaycan ASC | 4 milyon 192 min |
21 | TuranBank ASC | 4 milyon 160 min |
22 | Bank Avrasiya ASC | 3 milyon 314 min |
23 | NBCBank ASC | 3 milyon 142 min |
24 | Nikoil Bank İKB ASC | 3 milyon 66 min |
25 | Naxçıvanbank ASC | 2 milyon 998 min |
26 | Bank BTB ASC | 2 milyon 250 min |
27 | Bank of Baku ASC | 1 milyon 468 min |
28 | Bank Melli İran Bakı filialı | 203 min |
29 | AccessBank QSC | -14 milyon 754 min |
30 | Pakistan Milli Bankı NBP Bakı filialı | - 6 min |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
14 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)




.jpg)





