Partlayış "Ofisait" mağazasında baş verməyib AÇIQLAMA -YENİLƏNİB
13:00
“Ofisait”: Müştərilər yaxınlıqda yerləşən mağazamıza müraciət edə bilərlər
Xəbər verildiyi kimi, Bakıda Dilarə Əliyeva küçəsi 235A ünvanında yerləşən binanın zirzəmisinə qaz sızması nəticəsində güclü partlayış baş verib. Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinə, o cümlədən 1-ci mərtəbədə yerləşən “Ofisait” mağazasına böyük ziyan dəymişdir.
“Ofisait” şirkətlər qrupu hadisə ilə bağlı açıqlama yayıb.
Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada qeyd olunur ki, partlayış səhər iş başlamamışdan öncə baş verdiyindən şirkətin əməkdaşlarından xəsarət alan yoxdur.
“Sevindirici haldır ki, hadisə nəticəsində ölən və yaralanan əməkdaşımız yoxdur. Lakin partlayış nəticəsində mağazada ciddi ziyan yaranıb, mallar yararsız vəziyyətə düşüb. Bu səbəbdən mağaza fəaliyyətini dayandırıb. Müştərilərdən yaxın ünvanda – 28 May küç 56 ünvanında fəaliyyət göstərən “Ofisait” mağazasına müraciət etmələri xahiş olunur.
“Ofisait” şəbəkəsi 27 mağazadan ibarətdir. Bakının bir çox ünvanında şəbəkənin mağazası fəaliyyət göstərir. Bundan başqa, şirkətin www.ofisait.com portalı vasitəsilə onlayn şəkildə ofis və məktəb ləvazimatlarının satışı həyata keçirilir”,- açıqlamada deyilir.
Şirkət açıqlamasında qeyd edib ki, dəyən zərərin hesablanmasına başlanılıb. Qısa müddətdə mağazanın yenidən qurularaq müştərilərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Ofisait” mağazaları“Topdan qiymətinə pərakəndə” devizi ilə ekoloji sağlam ofis və məktəb ləvazimatlarının satışını təşkil edir.
09:55
"Mətbuatın yazdığı kimi partlayış "Ofisait" ofis və dəftərxana ləvazimatları mağazasında deyil, mağazanın altında yerləşən zirzəmidə (mənfi 1-də) baş vermişdir".
Bu barədə "Marja"ya "Ofisait" mağazalar şəbəkəsindən bildirilib.
Qeyd edilib ki, xeyli müddətdir zirzəmidəki obyektdə təmir işləri aparılırdı, qaz sızması da həmin obyektdə baş vermişdir.
Mağazadan qeyd edilib ki, onlarda olan məlumata görə, hadisə nəticəsində ölən yoxdur, xəsarət alanlar var.
Qeyd edək ki, Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın zirzəmisində yerləşən obyektdə qaz sızması nəticəsində qəza olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







