Bakcell-dən smartfon kampaniyası! ®
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir.
Yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə Bakcell onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə “Bakcell”dən şəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 Gb İnternet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər “WhatsApp” əlavəsindən PULSUZ istifadə edəcəklər.
20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara istənilən növ mobil telekommunikasiya xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə daha təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
Qeyd edək ki, bu kampaniya xüsusi olaraq “Bakcell”in yeni və mövcud korporativ “Biznes” abunəçiləri üçün yaradılıb. “Bakcell biznes” abunəçiləri müvafiq nümayəndələrlə (kuratorlarla) əlaqə saxlayıb bu kampaniyadan yararlana bilərlər.
Kampaniyaya və Bakcell ailəsinə qoşulmaq istəyən şirkət və qurumlar isə (012) 498 89 89 nömrəsinə zəng etməklə və ya [email protected] elektron ünvanına məktub göndərməklə “Bakcell biznes” ailəsinə qoşulmaq, misilsiz biznes tarif paketləri, təkliflər və kampaniyalardan yararlanmaq imkanları barədə ətraflı məlumat ala bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







