"Ötən il 221 min yeni iş yeri açılıb"
"Dərin iqtisadi-islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib. Ötən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Ölkəmiz bu baxımıdan MDB məkanında liderliyini qoruyur".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul və qeyri-neft sektoru artıb, qeyri-neft sənayesində 3.6, kənd təsərrüfatında 4.1 faiz artım əldə olunub, valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb: "Ötən il bir çox önəmli layihələr icra edilib, Azərbaycan iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulub, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. İdxalın sabit qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər".
Prezident vurğulayıb ki, ötən il bölgələrdə yeni müəssisələr açılıb:
"Ötən il 177 min daimi olmaqla 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5.4 faiz səviyyəsində qərarlaşıb. Bu, dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir. İnfrastruktur layihələri də diqqət mərkəzində saxlanılır. Elektrik təchizatı yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılır. Kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülür. Ötən il 1300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yol çəkilib, içməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb, 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. İki olimpiya kompleksi istifadəyə verilib. 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Cocuq Mərcanlının bərpası tarixi nailiyyətdir. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı qərar bizim bir daha tarixi köklərimizə bağlılığımızı göstərdi. Əminəm ki, 2018-ci ildə Azərbaycan üçün uğurlu olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







