Əmanətlərin geri götürülməsində yeni “dalğa”
Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.
“Marja”nın bank filiallarında olmuş müxbirinin müşahidələri göstərir ki, əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.
Əmanərçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra Manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.
Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda Dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.
Bütün səylərə baxmayaraq maliyyə sektrounda sabitlik təmin olunmur. Üzən məzənnə mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olmaqla bərabər, bankları da da pis vəziyyətə salır.
Manat tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana Dollar qarşısında 5%-ə yaxın dəyərdən düşüb. 12 Yanvar tarixində 1.7742 manat səviyyəsində olmuş məzənnə bu günkü hərracda 1.8559 manat səviyyəsinədək qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 21 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropada təbii qazım qiyməti kəskin düşdü
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar





.jpg)







.jpg)





