AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən "Marja"ya verilən məlumata əsasən, “AzerTelecom” MMC bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu Milli Net 2017 tədbirinə Baş sponsorluq edib. Şirkətdən bildirilib ki, Milli Net tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan “AzerTelecom” MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Milli Net 2017-yə oktyabr ayında start verilib və müsabiqə dekabrın 15-nə qədər davam edib. Peşəkar internet mükafatı müsabiqəsinə ümumilikdə 18 nominasiya üzrə 392 internet resurs təqdim edilib. Müsabiqənin qaydalarına uyğun olan 291 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu resurslar arasından ən yaxşıları olan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu) nominant statusu alıb. Müsabiqənin növbəti mərhələsi olan ikinci səsvermənin nəticələrinə əsasən mövcud 18 nominasiya üzrə qaliblər seçilib və ötən gün keçirilmiş tədbirdə hər nominasiya üzrə qaliblərə Milli Net–in xüsusi mükafatı – tuncdan hazırlanmış hörümçək əks olunan buta, 2-ci və 3-cü yerin qaliblərinə Diplomlar təqdim edilib. Qaliblərə həmçinin müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, “AzerTelecom” şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır. “AzerTelecom” 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq. Bu 10 il ərzində şirkət Azərbaycanda İKT sahəsinin ayrılmaz hissəsinə çevrilib, ölkənin yüksək keyfiyyətli və yüksəksürətli internet xidməti ilə təmini istiqamətində əhəmiyyətli işlər görüb.
““AzerTelecom” MMC İKT məkanının davamlı inkişafı, cəmiyyətdə informasiya texnologiyalarının tətbiqi, milli resursları tanıdan, cəmiyyətin təhsil şüurunu inkişaf etdirən layihələri hər zaman dəstəkləyir və bu prinsiplərə sadiq olaraq fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir” - deyə Ləman Abasbəyli qeyd edib.
Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)






