Sıfırdan Birə necə getmək olar?
PayPal-ın qurucularından biri olan Piter Tiel bu sualı “Sıfırdan Birə” kitabında xeyli ətraflı şəkildə cavablandırır. Bu kitabın məzmunu sizə Mavi Okean Strategiyası kitabının məzmununu xatırladacaq.
Readit.az online kitabxanası bu möhtəşəm kitab haqqında bəzi məqamları oxucuları ilə bölüşür.
Müəllif deyir ki, hal-hazırda dünyada iki meyl özünü göstərir: üfüqi və şaquli inkişaf meyli. Üfüqi inkişaf sizi 1-dən n-ə, şaquli inkişaf isə sizi 0-dan 1-ə götürəcək. Üfüqi inkişaf haqqında düşünmək asandır. Bu metod əvvəlcədən sizə məlum olan bir şeyi inkişaf etdirərkən işə yarayır. Bu yol sizi A-dan Z-yə aparacaq. Şaquli inkişaf isə daha çətindir, çünki bu zaman əvvəllər edilməmiş bir şey etməlisiniz. Onsuz da mövcud olan bir şeyi kopyalayıb yaxşılaşdıraraq inkişaf edə bilməyəcəksiniz. Texnologiya sizi sıfırdan birə götürən şeydir. Müəllifin fikrincə, siz həm üfüqi, həm də şaquli inkişafa eyni vaxtda çata bilərsiniz.
Müəllif bu kitabda həmçinin, müasir dövrü əhatə edən qloballaşma prosesinə də fikir bildirir. Piter Tiel yaxın gələcəkdə inkişaf etmiş ölkələrin digər ölkələrə liderlik edəcəyini ilə bağlı fikirləri qəbul etmir. O, bunu nümunə ilə izah edir: “Əgər Çin və Hindistan kimi nəhəng ölkələr müasir üsullardan istifadə edərək enerji istehlakını ikiqat artırarsa, katastrof dərəcəsində ekoloji çirklilik özünü göstərər”. Buna görə də yadda saxlamaq lazımdır ki, texnologiyasız inkişaf daimi deyildir.
Müəllif kitabda sizə Silikon Vadisi mütəxəssislərinin tövsiyə etdiklərindən müəyyən qədər fərqli tövsiyələr verir:
- Cəsarətli olub riskə girmək, məsuliyyətsizlikdən daha yaxşıdır.
- Zəif plan heç bir planın olmamasından daha yaxşıdır.
- Rəqabətli bazarlar gəliri yox edir.
- Satış da məhsul qədər vacibdir və s.
Müəllif rəqabəti şərh edərkən, onu heç kəsin mənfəət qazanmadığı mübarizə kimi təsvir edir. Rəqabətçi düşüncə tərzinin bizə təhsil sistemi vasitəsilə ötürüldüyünü düşünür.
Şirkət qurmaq ev inşa etmək kimidir. Onu güclü təməl üzərində qurmalısınız. Piter Tiel “Sıfırdan Birə” kitabında sizə uğurlu bir şirkətin necə qurulacağı ilə bağlı məsləhətlər verir. Məsələ burasındadır ki, həmin məsləhətlər bir çox biznes mütəxəssislərinin tövsiyələrindən fərqlənir. Piter Tiel bunu yaradıcı düşüncə ilə əlaqələndirir.
Kitabda müasir dövrün ekoloji təhlükələrindən, onların səbəb və nəticələrindən də bəhs edən müəllif qeyd edir ki, gələcəyin necə olacağını bilə bilmərik. Ancaq onun istədiyimiz kimi olmağını istəyiriksə, bu gündən etibarən onu qurmağa başlamalıyıq. Məsələ sadəcə nəsə hazırlamaq deyil, məsələ sizi sıfırdan birə götürəcək bir məhsul hazırlamaqdır. “Sıfırdan birə” kitabın qısa məzmununu buradan oxuya bilərsiniz => İndi oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 9 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
-
2 saat əvvəl
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
-
2 saat əvvəl
Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb




.jpg)
.jpg)






.jpg)








