Birləşəcəyi danışılan bank növbədənkənar yığıncaq çağırdı
“Rabitəbank” ASC Müşahidə Şurasının 6 dekabr 2017-ci il tarixli 109 saylı qərarına əsasən, 2018-ci il yanvarın 17-də Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
"Marja" xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi, Bakı şəhəri, 28 May küçəsi 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında, saat 17.00-a təyin edilmişdir.
Gündəlikdəki məsələlərə “Rabitəbank” ASC-nin 2018-ci il üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiq edilməsi və Cari məsələlər daxildir.
Qeyd edək ki, mətbuatda “Rabitəbank” ASC və "BankRespublika" ASC-nin birləşəcəyi barədə iddilar irəli sürülüb. Verilən məlumata görə, "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, rəhbərlik etdiyi bank daim konsolidasiya ilə bağlı danışıqlara açıqdır: "Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir. Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)


