OYAL fiziki məhdudiyyətli insanları sevindirib
Uşaq və yeniyetmələrin sevimli məktəbli ləvazimatları olan OYAL daim müxtəlif yönümlü sosial layihələr həyata keçirməyi korporativ vətəndaşlıq borcu hesab edir.
3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı növbəti sosial layihə Şabran rayon İcra Hakimiyyəti, Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyi və Ofisait mağazalar şəbəkəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Şabran rayonu Heydər Əliyev Mərkəzində həyata keçirilən tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev özəl sektorda fəaliyyət göstərən şirkətlərin ölkənin ictimai həyatında aktiv rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, OYAL-a şabranlılar adından dərin təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən şirkət nümayəndəsi fiziki məhdudiyyətli insanların daim dövlətimizin diqqət mərkəzində olduğunu qeyd edib və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq xeyriyyəçilik işləri ilə məşğul olmağı OYAL-ın Korporativ Sosial Məsuliyyətinin əsas tərkib hissəsi olduğunu bildirib. Tədbirdə nəinki iştirakçılara, həmçinin fiziki məhdudiyyətli insanların ailə üzvlərinə də müxtəlif hədiyyələr təqdim olunub, bu da layihə iştirakçılarının ikiqat sevincinə səbəb olub. Sonda xatirə şəkli çəkilib.
Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və onların reabilitasiyası istiqamətində OYAL gələcəkdə də, müxtəlif layihələr həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz, Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 29 d. əvvəl
-
-
45 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)












.jpg)
