Ramin Quluzadə Gürcüstanda beynəlxalq forumda iştirak edir
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Tbilisi Kəmər və Yol Forumu"nda iştirak edir.
"Nəqliyyat infrastrukturu" mövzusunda təşkil olunan Panel sessiyada Ramin Quluzadə "Beynəlxalq Nəqliyyat Dəhlizləri və Azərbaycan Respublikasında İnfrastrukturun İnkişafı" mövzusunda çıxış edib.
Çıxışda qlobal infrastruktur layihələrinin reallaşmasında dövlət dəstəyinin və Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti qeyd edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kimi miqyaslı layihələrin yeni beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında rolu və bunun sayəsində beynəlxalq yük daşımalarının həcminin artması vurğulanıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin mövcud vəziyyəti və gələcək perspektivləri, infrastruktur layihələrinin həyata keçirilməsində innovativ həllərin tətbiq edilməsi və investisiyaların cəlb olunması kimi məsələlər çıxışın əsas mövzularından olub.
Daha sonra Ramin Quluzadə ilə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı regional nəqliyyat layihələrinin reallaşdırılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı və gələcək perspektivlər barədə müzakirə aparılıb.
Eyni zamanda, Dmitri Kumsişvili Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılmasında Azərbaycanın əhəmiyyətli rol oynadığını və bunun nəticəsi olaraq üç ölkəni birləşdirən dəmir yolu xəttinin Qədim İpək Yolunun mühüm hissəsi olduğunu qeyd edib.
İki gün davam edəcək forumda 60-dan çox ölkədən 2 minə yaxın nümayəndə iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







