“Greenpeace”in ekoloqları Norveç dövlətini məhkəməyə veriblər
Oslo məhkəməsi “Greenpeace” müstəqil beynəlxalq ekoloji qeyri-hökumət təşkilatının Skandinaviya bölməsinin və təbiəti mühafizə üzrə daha iki birliyin Norveç dövlətinə qarşı iddiasını araşdırmağa başlayıb.
Norveç KİV-ləri xəbər verir ki, iddiaçılar Norveç hökumətinin neft-qaz şirkətlərinə Arktikada, habelə Barens dənizi hövzəsində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatını həyata keçirmək üçün razılıq verməsindən şikayət edirlər. QHT nümayəndələri israr edirlər ki, hökumət bu yolla həm ölkə Konstitusiyasının Norveç vətəndaşlarının sağlam ətraf mühitdə yaşamaq hüququnu, həm də iqlim üzrə Paris Sazişinin atmosferə karbon qazı tullantılarının azaldılmasına dair ayrı-ayrı maddələrini pozur.
2016-cı ildə Norveçin Neft və Energetika Nazirliyi ölkənin kontinental şelfində yerləşən yataqların işlənməsi hüququna dair lisenziyaların bölüşdürülməsinin növbəti raunduna yekun vurub. Həm Norveç şirkətlərinə, həm də böyük xarici şirkətlərə həmin yataqlardan istifadə etmək icazəsi verilib. Mütəxəssislərin sözlərinə görə, yataqlar milyardlarla dollarla hesablanan neft və qaz ehtiyatlarına malikdir.
Lakin həmin ilin oktyabr ayında ekoloqlar lisenziyanın dayandırılması tələbi ilə məhkəmədə iddia qaldırıblar. Norveç hökuməti isə bildirib ki, yeni yataqların kəşfiyyatına icazə verilməsi ölkə Konstitusiyasına zidd deyil.
Hökumət krallığın neft-qaz sənayesində tətbiq edilən ekoloji standartların çox yüksək olduğunu, bu standartlara həm yerli, həm də xarici şirkətlərin əməl etməyə borclu olduğunu bildirir. Həmçinin qeyd edilib ki, iddiaçılar ölkə qanunvericiliyinin ayrı-ayrı maddələrini düzgün şərh etmirlər.
2014-cü ildə Norveç Konstitusiyasında təbiətin qorunması işində dövlətin məsuliyyətini nəzərdə tutan dəyişiklik edilib. Belə ki, söhbət yeni nəsillərin ekoloji cəhətdən əlverişli şəraitdə yaşamaq hüququndan gedir. Məhz bu maddəyə istinad edən ekoloqların fikrincə, Arktika şelfində neft yataqlarının kəşfiyyatına və neft hasilatına icazə verilməsi Konstitusiyaya ziddir.
© azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
47 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
























