Amazon 100 min adamı işə götürəcək, amma...
Onlayn ticarət nəhəngi Amazon, 18 ay ərzində 100 min nəfəri işə götürəcəyini açıqlayıb. Məşğulluq üçün yaxşı xəbər olsa da, elektron ticarətin inkişafı bir çox sektorda işsizlik yaradır.
"Marja" xəbər verir ki, Şirkət bu gedişlə ABŞ-dakı işçilərinin sayını 2018-ci ilin ortalarına qədər 280 minə çıxaracaq. Yeni açılacaq iş yerlərinin böyük əksəriyyəti isə təchizat mərkəzləri, mühəndislik və proqram təminatı departamentlərində olacaq. Şirkət həmçinin ABŞ-da yeni məşğulluq sayını yaxın 5 il ərzində 150 min artırmağı planlaşdırdığını da açıqlayıb.
"YARADICI TƏNƏZZÜL"
Amazon-un son işə qəbul planı, iqtisadçı Cozef Şumpeterın ( Joseph Schumpeter) "yaradıcı tənəzzül" anlayışını ağıllara gətirir. Bu anlayış, sənayelərdə yeni sistemlərin zamanla köhnəsini məhv etdiyini ortaya qoyur.
Onlayn ticarətin inkişafı, xüsusilə ABŞ-da alış-veriş mərkəzində çalışan bir çox insanın işindən olmasına səbəb olur.
Bunun son nümunəsi, ABŞ-ın 157 illik pərakəndə mağazalar şəbəkəsi "Macys"-in işdən çıxarma qərarı oldu. Satışlarında böyük azalma yaşayan şirkət, bu il ərzində 20 əyalətdə 36 mağazasını bağlayıb 4 min 500 əməkdaşı işdən çıxaracaq.
ELEKTRON TİCARƏT İŞ YARATDI, AMMA...
Bukinistlər və elektron əşya satıcıları, onlayn alış-verişin inkişafının mənfi təsirini ilk hiss edən sektorlar oldu. Bu iki pərakəndə sektorunda iş itkiləri, 2000-ci ildən bəri bütün onlayn pərakəndə satıcıların yaratdıqları məşğulluğun təqribən iki qatına çıxıb.
ABŞ-da onlayn pərakəndə sektorunda məhsuldarlıq 2015-ci ildə 3 faiz artım qeyd edib. İqtisadiyyatda cəmi artım isə 0,8%-də qalıb. Onlayn pərakəndə sektoru bir işçi başına 1 millyard 267 milyon dollarlıq satış həcmi yaradarkən, kərpic və sement mağazalarında bu rəqəm 279 mində qalıb.
PƏRAKƏNDƏDƏ BAĞLANAN İŞ YERLƏRİ, ELEKTRON TİCARƏTİN YARATDIĞI İŞ YERLƏRİNDƏN ÇOXDUR
ABŞ-ın məsləhət şirkəti "Challenger, Gray & Christmas"a görə, son dörd ildə ənənəvi pərakəndə sektorunda 200 mindən çox insan işsiz qalıb. Ötən il tətil alış-verişi dövründə 2013-cü illə müqayisədə 100 min daha az insan müvəqqəti işlə təmin edilib. Şirkətin vitse-prezidenti Andrew Challenger, pərakəndə sektorunda iş itkilərinin, yerini alan sektorlarda yaradılan məşğulluğu keçdiyini bildirir.
ROBOTLAR, DRONLAR, SÜRÜCÜSÜZ AVTOMOBİLLƏR.
Amazon-un milyonlarla sifarişlərin hazırlandığı anbarlarında robotlar da çalışır. Bu da bir çox insanın işsiz qalacağı bir prosesi doğurur. Bundan başqa, insansız hava vasitələri və sürücüsüz avtomobillər də təslimat bölməsində çalışanları təhdid edir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 5 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat sonra
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku komissiyanı ləğv etdi – Tələsin, 30 dekabradək!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
Ən çox oxunanlar
BYD Tesla-nı geridə qoydu
Azərbaycandan bu məhsulun ixracı kəskin artıb
Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb
Tanınmış mebel istehsalçısı Əhmədli mağazasını açır
Fitch Ukraynanın kredit reytinqini yüksəldib
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
Azərbaycan neftinin son qiyməti


















