Manat belə “üzür”
Bu gün günorta saatlarından sonra bir sıra banklar Dolların satış qiymətini aşağı salıblar.
“Marja” xəbər verir ki, səhər saatlarında 1 dolları 1.8840 manatdan satan AccessBank, günortadan sonra Dolları 1.8670 manata satmağa başlayıb. AccessBank 200 dollar limitlə Dollar satışı həyata keçirir.
Səhər saatlarında 1 dolları 1.8700 manatdan satan Unibank günortadan sonra satış qiymətini 1.8600 manata endirib. Unibank 3000 dollar limitlə Dollar satışı həyata keçirir.
Dolların satış qiymətini, Yapı Kredi Bank Azərbaycan 1.8939 manatdan 1.8760 manata, AFB Bank 1.8760 manatdan 1.8650 manata, NBC Bank 1.88 manatdan 1.87 manata endirib.
Dünən Bank Respublika Dolların satış qiyməti 1.8720 manatdan1.86 manata endirmişdi.
Yuxarıda adı çəkilən bankların Dolların satış qiymətini aşağı salmaları digər bankların Dolları 1.86-1.87 manat səviyyələrində satmaları və Dollara tələbin gözlənilən qədər yüksək olmamasıdır.
Banklar Dolların alış qiymətini az da olsa qaldırıblar.
Qeyd edək ki, “qara bazar” Dolları 1.82 manatdan alıb, 1.88 manatdan satırdı. Bankların Dolların alış qiymətini artırması və satış qiymətini aşağı salması dollar alverçiləri üçün meydanı kiçildir.
Qeyd edək ki, Bank Respublika 1.86 manatdan məhdudiyyətsiz, Azər Türk Bank 1.8650 manatdan 10 min dollar limitlə, Kapital Bank 1.8720 manatdan 5000 dollar limitlə və s. dollar satışı həyata keçirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
13 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
14 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
14 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti














.jpg)







