Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatı alıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
Bu ilin ikinci və üçüncü rübündə Bakcell özünün “Facebook” səhifəsinndə abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricini (100%) əldə edib.
Sosial şəbəkələrdə təmsil olunmaq nəinki təqdim olunan kontentin keyfiyyətinə, həm də öz abunəçilərinin və səhifənin digər istifadəçilərinin sualları və rəylərinin vaxtında və operativ şəkildə cavablandırılmasına görə brendlərin üzərinə böyük məsuliyyət qoyur. İstifadəçilərin suallarına və rəylərinə verilən cavabların yüksək əmsalı (“Response Rate”) istənilən səhifə üçün müştərilərə göstərilən onlayn xidmətlərin mühüm effektivlik göstəricisidir.
Bakcell “Response Rate” üzrə yüksək göstəricilərinə görə dəfələrlə “Socially Devoted” sertifikatına layiq görülüb və qeyd etmək lazımdır ki, şirkət öz göstəricilərini hər dəfə daha da yüksəldərək, son illər 100%-lik həddə çatmağa nail olub.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)









.jpg)





