“AtaBank” birləşmədən sonra mənfəətini artırıb
“AtaBank” ASC 2017-ci ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində cəmi gəlirlər 40 milyon 785 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 205 min manat, qeyri-faiz gəlirləri 4 milyon 580 min manat təşkil edib. Bankın cəmi xərcləri isə 34 milyon 971 min manat olub və nəticədə Bankın 5 milyon 814 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 4 milyon 142 min manatını Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə Bank cari ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlayıb.
"CDB BANK"SIZ DAHA ÇOX GƏLİR GÖTÜRMÜŞDÜ
"CDB Bank"ın birləşmədiyi vaxt, 2016-cı ilin yanvar-sentyabr dövründə “AtaBank”ın cəmi gəlirləri 48 milyon 126 min manat (faiz gəlirləri 38 milyon 204 min manat, qeyri-faiz gəlirləri 9 milyon 924 min manat), cəmi xərcləri 34 milyon 239 min manat təşkil etmiş və dövrü 15 milyon manatdan çox xalis mənfəətlə başa vurmuşdu. Lakin sonradan Bank ehtiyatlara 16 milyon 679 min manat ayırma edildiyindən ötən ili cəmi 340 min manat xalis mənfəətlə başa vurmuşdu.
BİRLƏŞMƏDƏN SONRA AKTİVLƏRİ DƏ ARTIB
30 Sentyabr 2017-ci il tarixində “AtaBank” ASC 621 milyon 974 min manat cəmi aktivlər, 472 milyon 800 min manat cəmi öhdəliklərə və 149 milyon 175 min manat cəmi balans kapitalına malik olub.
Bank 2016-cı ilin sonunda 472 milyon 541 min manat cəmi aktivlərə, 412 milyon 731 min manat cəmi öhdəliklərə və 59 milyon 811 min manat cəmi balans kapitalına malik idi. Rəqəmlərdə kəskin artım “CDB Bank”ın “AtaBank”a birləşməsilə bağlıdır.
2017-ci ilin May ayının sonunda “CDB Bank” birləşdikdən sonra, 30 İyun 2017-ci il tarixində “AtaBank” 609 milyon 875 min manat cəmi aktivlərə, 458 milyon 143 min manat cəmi öhdəliklərə və 151 milyon 731 min manat cəmi balans kapitalına malik idi. 3-cü rübdə müştərilərə verilən kreditlər 532 milyon 494 min manatdan 532 milyon 577 min manata qalxıb.
“AtaBank” 144 milyon manatdan çox məcmu kapitala malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
12 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
15 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir












.jpg)









