London Pekinə bağlanır - YÜKDAŞIMA SƏRFƏLİ OLACAQ
"Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində deyib.
Ərdoğan qeyd edib ki, hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür:
"Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Aİ ölkələrinə çatacaq. Başqa sözlə Çin tərəfindən Aİ-na göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq".
Türkiyə prezidenti bildirib ki, hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur: "Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10%-i daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab olunacaq.
BTQ-nın hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.
İqtisadi üstünlükləri ilə yanaşı siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə yanaşı məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)






