14 milyon yığıb, 14 milyon ödəyib
“Qala Həyat” Sığorta Şirkəti ASC-nin topladığı sığorta haqları kəskin azalıb.
“Marja” xəbər verir ki, 2016-cı ilin 9 ayı ərzində 26 milyon 373 min manat sığorta haqları toplamış şirkət, bu ilin 9 ayında cəmi 14 milyon 145 min manat yığmağı bacarıb.
Müqayisə olunan dövrdə, Şirkətin sığorta ödənişləri 19 milyon manatdan 14 milyon 420 min manata düşüb.
TƏXMİNƏN YIĞMALRI QƏDƏR ÖDƏNİŞ EDİB
“Qala Həyat” Sığorta Şirkəti bu ilin 9 ayında topladığı 14 milyon 145 min manat sığorta haqlarına qarşı 14 milyon 420 min manat sığorta ödənişləri həyata keçirib.
Qeyd edək ki, “Qala Həyat” Sığorta Şirkəti Azərbaycanda ən kiçik sığorta şirkətidir. Bu ilin 9 ayında onun rəqibləri "PAŞA Həyat" 112 milyon 191 min manat, "Atəşgah Həyat" isə 25 milyon 870 min manat sığorta haqları toplayıb.
9 ayda "Atəşgah Həyat"da ödəniş yığımdan çox - 38 milyon 563 min manat təşkil edib. "PAŞA Həyat" isə 38 milyon 287 min manat ödəniş həyata keçirib.
Qeyd edək ki, sığorta ödənişlərinin yığımlardan yüksək olması şirkətin ziyan etməsi demək deyil. Ödənişlər şirkətin formalaşdırdığı fonddan həyata keçirilir. Həmçinin həyat sığortası şirkətlərində bu məsələ bir az fərqlidir. Belə ki, yaxşı maaş alanlar pullarının bir hissəsini "həyatın yığım sığortası"məhsulu vasitəsilə "əmanətə oxşar şəkildə" 3 illik həyat sığortasına yönəldirlər. 3 ilin sonunda isə sığorta şirkəti pul sahibinə həm vəsaitini qaytarır, həm də üzərində müyyən qədər faiz ödəyir. Hazırda həyat sığortası şirkətində ödənişlərin yüksək olmasının səbəbi şirkətlərin 3 ili başa çatmış müqavilələr üzrə geri ödəniş etmələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





